Sarkisyanı sevindirən türk deputat: `Qarabağ problemi həll olunardı...`

Sarkisyanı sevindirən türk deputat: `Qarabağ problemi həll olunardı...`
  03 İyun 2016    Oxunub:4180
Almaniyada qəbul edilən qondarma “erməni soyqırımı” layihəsinin müəllifi, Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir haqqında səslənən ittihamlara cavab verib.

AzVision.az-ın məlumatına görə, Türkiyə mətbuatına açıqlama verən Özdəmir özünə haqq qazandırmağa çalışıb: “Müxtəlif insanları nümunə götürənlər var. Hər kəs öz qərarını verir. Mənim də qərarım budur”.

“Alman arxivlərində, Xarici İşlər Nazirliyinin arxivlərində alman diplomatlarının o vaxt baş verən hadisələri izlədiyini görə bilərik. Türkiyədə xidmət edən səfirlər “bir soyqırım reallaşır, insanlar evlərindən qovulur, buna mane olun” deyirdilər. Lakin Almaniya höküməti “Osmanlı İmperiyası ilə ortağıq, silah qardaşımızdı, yəni ermənilərə nə edilməsi bizim üçün önəmsizdir” deyə cavab vermişdi. Burada başqa ölkə haqqında qərar vermək niyyətimiz yoxdur. Bizdən danışırıq. Bağışlayın, kimsə mane ola bilməzdi”.

Cem Özdəmir Zürih protokoluna diqqət çəkərək bildirib ki, əgər Türkiyə-Ermənistan sərhəd qapıları açılsaydı, Dağlıq Qarabağ problemi həll olunardı. “Türkiyə-Ermənistan sərhəddində Rusiya əsgərləri olmayacaqdı. Türkiyə iqtisadiyyatı ora investiya qoyacaqdı, iki ölkə arasında əlaqələr yaxşılaşacaqdı və başqa vəziyyət hökm sürəcəkdi”.

Qeyd edək ki, Cem Özdəmirin müəllifi olduğu qanun layihəsinin qəbulu Ermənistan rəhbərliyinin sevincinə səbəb olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti