Ermənistanda üç yüksək rütbəli hərbçi həbs edildi

Ermənistanda üç yüksək rütbəli hərbçi həbs edildi
  04 İyun 2016    Oxunub:3570
Ermənistanda məhkəmə mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs-qətimkan tədbiri seçib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilinqaryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.

Qeyd olunub ki, adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti