FİFA-nın erməni mənşəli prezidenti qovula bilər

FİFA-nın erməni mənşəli prezidenti qovula bilər
  04 İyun 2016    Oxunub:1794
FİFA-ya yeni prezident seçilən Cianni İnfantino tutduğu postdan uzaqlaşdırıla bilər.
Bu barədə Almaniyanın "DİE WELT" qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, FİFA-nın Etika Komitəsi tərəfindən rüşvət qalmaqalı ilə bağlı araşdırma davam etdirilir.

Bunun nəticəsi kimi İnfantino 1 ay müddətinə tutduğu vəzifədən kənarda qala bilər. İnfantino rüşvət qalmaqalı ilə gündəmə gələn Yozef Blatterin istefasından sonra FİFA prezidentliyinə seçilib.

Fevralın 26-da İsveçrənin Sürix şəhərində keçirilən FIFA-nın Konfransında yeni prezidentin adına aydınlıq gəlib.

UEFA-nın baş katibi Cianni İnfantino FIFA-nın yeni prezidenti seçilib. Birinci turda namizədlərdən heç biri tələb olunan səslərin 2/3-ni toplaya bilmədiyi üçün FIFA-nın doqquzuncu prezidenti növbəti turda müəyyənləşib.

Bu turda C.İnfantino 207 səsdən 115-ni yığmaqla ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayaraq prezident seçilib. Yeni prezident 4 il müddətinə seçilib.

45 yaşlı İsveçrə vətəndaşı olan yeni prezidentin erməni mənşəli olduğu bildirilir. Bu barədə bir müddət əvvəl nüfüzlu "Eurosport" idman portalı genişməqalə dərc edib. (Ans)

AzVision.az


Teqlər:  





Xəbər lenti