Rza Zərrab `mafiya vəkili`nə 60 milyon verəcək

Rza Zərrab `mafiya vəkili`nə 60 milyon verəcək
  04 İyun 2016    Oxunub:6629
ABŞ-da həbs edilən azərbaycan əsilli biznesmen və Türkiyə vətəndaşı Rza Zərrab hüquqlarını müdafiə etməsi üçün “mafiya vəkili” Benjamin Brafmanla razılığa gəlib.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, R.Zərrab bu məqsədlə B.Brafmana 60 milyon dollar ödəyəcək.

İndiyə qədər adı bir çox qaranlıq işlərdə hallanan şəxsləri müdafiə etdiyinə görə, “mafiya vəkili” ləqəbi alan B.Brafmanın alacağı məvacib məhkəmədən çıxacaq qərara görə arta bilər. Rza Zərrabın 50 milyon dollar müqabilində zaminə buraxılma tələbinə məhkəmənin ötən gün çıxarmalı olduğu qərarın iyunun 7-ə təxirə salınması da Brafmanın peşəkar müdafiəsi ilə əlaqələndirilir.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti