`Merkel mənə hansı üzlə baxacaq?` - Ərdoğan

R.T.Ərdoğan Holokostla 1915-ci il hadisələri arasında hər hansı bənzərlik olmadığını bildirib: “1915-ci il hadisələri ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinin qərarı çox aydındır. Qərarda ermənilərin bu hadisələrə dair versiyasının mütləq həqiqət olmadığı və sərbəst şəkildə müzakirə edilə biləcəyi, erməni versiyasına qarşı olan fikirlərə isə söz azadlığı çərçivəsində yanaşılmasının vacibliyi, 1915-ci il hadisələri ilə Holokost arasında oxşarlıq qurulmasının yanlışlığı çox açıq bildirilir”.
R.T.Ərdoğan miqrant böhranı və viza sərbəstliyi ilə bağlı ilə bağlı məsələlərin Türkiyə ilə Almaniya arasında deyil, Türkiyə ilə Avropa İttifaqıarasında olduğunu nəzərə çatdıraraq Bundestaqın qərarının bu məsələlərə təsir göstərməyəcəyini vurğulayıb: “Almaniyadakı hadisəyə Almaniya ilə əlaqəli məsələ kimi baxmaq lazımdır, Türkiyə-Aİ olayı kimi baxmaq doğru olmaz. Bizim bu barədə mövqeyimiz bəllidir. Bunu Dünya Humanitar Sammiti zamanı hörmətli Merkelə də anlatdım. Hər iki məsələ eyni anda həyata keçirilməlidir. Belə olmazsa, biz də lazımi addımları ata bilərik. Biz Avropa İttifaqına verdiyimiz sözlərin arxasında durduq. Amma onlar durmadılar - nə maddi, nə də digər məsələlərdə”. (Apa)
AzVision.az
Teqlər: