İrəvanda ölən əsgərlərin valideynləri etiraza qalxdı - VİDEO

İrəvanda ölən əsgərlərin valideynləri etiraza qalxdı - VİDEO
  04 İyun 2016    Oxunub:2949
Orduda qeyri-döyüş şəraitində ölən erməni əsgərlərin valideynləri Ermənistan prezidentinin iqamətgahı önündə etiraz aksiyası keçiriblər.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

“Hakimiyyət boş sözlər verməklə məşğuldur. Onlar bizim övladlarımızın ölüm səbəblərini araşdıracaqlarına dair söz verdilər, lakin heç nə etmədilər”,- deyə 2013-cü ildə Dağlıq Qarabağda ölən erməni əsgər Arman Muradyanın atası Ovsep Muradyan bildirib.

Onun sözlərinə görə, övladlarının ölümü ilə bağlı parlament komissiyasının yaradılacağına dair söz verilsə də, hələ də belə bir komissiya yaradılmayıb. Muradyan komissiyanın yaradılacağına dair təklifin prezident Sarkisyandan gəldiyini xatırladıb.

Aksiya iştirakçısı Qarabağ münaqişəsi zonasında aprel döyüşlərinə də münasibət bildirib. Muradyan vurğulayıb ki, aprel döyüşləri Ermənistan ordusunda korrupsiyanın tüğyan etdiyini və ölkədə nizamlı ordunun olmadığını göstərdi.

“Ermənistan ordusunda 15-20 ildir ki, korrupsiya var. Aprel hadisələr ordumuzun olmadığını göstərdi. Orduda il ərzində 50-dən çox ölüm hadisəsi baş verir. Rəhbərlik bunu “özünəqəsd” halı kimi qələmə verir və bu cinayətlərin üstü açılmır”, - deyə Muradyan vurğulayıb.

Sarkisyanın iqamətgahı qarşısında aksiya 1 saat davam edib. Etirazçılar daha sonra Ombudsmanın ofisinə gediblər.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti