Məhəmməd Əli Trampı belə nokauta salmışdı

Məhəmməd Əli Trampı belə nokauta salmışdı
  04 İyun 2016    Oxunub:25361
Dünyada boksun əfsanəsi kimi tarixə düşən Məhəmməd Əli 74 yaşında vəfat edib. Məhəmməd Əli rinqdə təkrarolunmaz döyüşləri ilə yanaşı məntiqli çıxışları ilə də yadda qalmağı bacarıb.

Amerikanın ən məşhur müsəlmanı olan Məhəmməd Əli ötən ilin sonunda ABŞ-da prezident seçkilərində mübarizəyə qoşulan və islamofobiya ilə özünə reytinq qazanan iş adamı Donald Trampı 132 sözdən ibarət bəyanatı ilə “nokauta” salmışdı.

Trampın müsəlmanların ABŞ-a gəlməsini qadağan etməsi haqda çıxışına münasibət bildirən Məhəmməd Əli çəkinmədən milyarderə tutarlı cavab verərək, onu susdurmağı bacarmışdı.

“Mən müsəlmanam. Paris, San-Bernardino və ya dünyanın başqa bir yerində günahsız insanların öldürülməsinin İslama heç bir aidyyatı yoxdur. Əsl müsəlmanlar bilirlər ki, özlərini cihadçılar adlandıran şəxslərin törətdiyi zorakılıqlar bizim dinimizin prinsiplərinə ziddir. Biz müsəlmanlar olaraq İslamdan öz şəxsi maraqları üçün istifadə edən şəxslərə qarşı çıxmalıyıq. Onlar bir çoxlarını İslamı öyrənməkdən çəkindiriblər. Əsl müsəlmanlar bilirlər və bilməlidirlər ki, İslamı başqasına zorla qəbul etdirmək bizim dinimizə ziddir. Heç vaxt siyasi sifarişdə ittiham olunmayan biri kimi hesab edirəm ki, bizim siyasi liderlərimiz öz statuslarından istifadə edərək İslam dini haqqında cəmiyyətdə fikir formalaşdırmalıdır. Yolunu azmış cinayətkarlar isə əsl İslamı təhrif edirlər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti