Paris su altında qaldı - FOTOLAR

Paris su altında qaldı - FOTOLAR
  04 İyun 2016    Oxunub:3271
Şiddətli yağışlar səbəbiylə daşan Sena çayı Fransanın paytaxtı Parisi suya qərq edib.

Paytaxtın cənub məntəqələrində yaşayan minlərlə insan selin əmələ gətirdiyi təhlükələrlə üzləşib.

Bölgəyə cəlb edilən xilasedicilər isə minlərlə sakini təxliyyə edib. Daşqından zərərçəkənlərin yerləşdirilməsi üçün müvəqqəti sığınacaqlar hazırlanıb. Paris meriyasından bildirilib ki, seldən zərər görən ərazilər "təbii fəlakət bölgəsi" elan ediləcək və fəsadların aradan qaldırılması üçün işlər fasiləsiz davam etdiriləcək.

Təbii fəlakət elektrik stansiyalarına da ziyan vurub. Nəticədə minlərlə mənzilə elektrik enerjisinin verilməsi dayanıb. Məşhur Luvr muzeyi müvəqqəti bağlanıb. Muzeydəki əsərlər binadan çıxarılıb.

Aramsız yağan yağışların hələ bir neçə gün davam edəcəyi bildirilir. Səhər saatlarından başlayaraq saatda 2 santimetr yüksələn çayın səviyyəsinin axşama qədər 6 metri ötməsi gözlənilir.

Kənan Məmmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti