Lavrovdan Almaniyanın “soyqırım” qərarına münasibət

Lavrovdan Almaniyanın “soyqırım” qərarına münasibət
  04 İyun 2016    Oxunub:2795
Almaniya parlamenti qondarma “erməni soyqırımı”nı Türkiyənin bir sıra məsələlərdə tərəfdaşlıq etmək istəməməsi səbəbindən tanıyıb.
Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib.

“Güman edirəm ki, bütün bunlar Türkiyənin bir sıra məsələlərdə tərəfdaşlıq etmək istəməməsi, dövri olaraq qalmaqal yaratması və tərəfdaşlarını, o cümlədən Avropadakı tərəfdaşlarını təhqir etməsindən irəli gəlir”, - deyə Lavrov bildirib

XİN rəhbəri qeyd edib ki, rəsmi Moskva Bundestaqın qərarına deputatların öz iradələrini azad ifadə etməsi kimi baxır.

AzVision.az


Teqlər:  





Xəbər lenti