Niderland `erməni soyqırımı`nı tanımayacaq

AzVision.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla Niderland Krallığının baş nazirinin müavini Lüdovik Aşer çıxış edib.
O bildirib ki, Krallıq 2004-cü ildə parlamentdə qəbul edildiyi kimi, bu hadisələrlə bağlı "problem" ifadəsini işlətməkdə davam edəcək.
L.Aşer qeyd edib ki, Niderland belə məsələləri daha da qabartmaq əvəzinə Türkiyə ilə Ermənistan arasında dialoqun qurulması tərəfdarıdır.
Xatırladaq ki, Niderland parlamenti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd etmişdi.
AzVision.az