Məhəmməd Əli iyunun 10-da dəfn olunacaq

Məhəmməd Əli iyunun 10-da dəfn olunacaq
  05 İyun 2016    Oxunub:1452
Əfsanəvi boksçu Məhəmməd Əli iyunun 10-da ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində dəfn olunacaq.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər bir kəs üçün açıq olacaq.

Məhəmməd Əli müsəlman adət-ənənəsinə uyğun şəkildə torpağa tapşırılacaq.

Qeyd edək ki, Məhəmməd Əli cümə günü 74 yaşında dünyasını dəyişib. Boksçu 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti