Xüsusi əməliyyat: 4 silahlı məhv edildi, 7 nəfər tutuldu

“Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”,- deyə DİN rəsmisi bildirib.
Qeyd edək ki, bu gün Aktobe şəhərində “Pallada” silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi hücuma məruz qalıb. Atışma nəticəsində 6 nəfər ölüb. Şəhərdə antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.
AzVision.az