Məktəbliləri daşıyan avtobus aşdı - 13 ölü (Yenilənib)

Məlumata görə, avtobus məktəblilər və onların valideynlərini istirahətə apardığı zaman aşıb.
Ehtimal edilir ki, hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Yaralılar xəstəxanalara yerləşdirilib.
***
Türkiyənin Osmaniye əyalətində avtobusun suvarma kanalına aşması nəticəsində ölənlərin sayı 9-a çatıb, daha 24 nəfər yaralanıb.
***
Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəblilərin ikisi xəstəxanaya çatdırıldıqdan sonra həyatlarını itiriblər.
Bildirilir ki, hadisə nəticəsində çox sayda yaralanan var. İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.
AzVision.az