Sarkisyan Azərbaycan musiqisinin səsləndiyi toyda - VİDEO

Sarkisyan Azərbaycan musiqisinin səsləndiyi toyda - VİDEO
  06 İyun 2016    Oxunub:35454
İyunun 5-də Moskvada dəbdəbəli toy mərasimi keçirilib. Erməni milyarder, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan 23 yaşlı oğlu Sarkis Karapetyana Salomeya adlı gürcü qızını alıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dəbdəbəli toyda bir çox məşhur insan, şou-biznes ulduzları, həmçinin Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib.

Toy azərbaycanlı milyarder Telman İsmayılova məxsus "Safisa" şadlıq sarayında olub.

Toy mərasimini Andrey Malaxov və Vera Brejneva aparıblar. Musiqi tərtibatı isə Alla Puqaçova və Qriqori Lepsə tapşırılıb. Məşhur "Maroon 5" qrupunun solisti Adam Levinin çıxışı isə toyda iştirak edənlər üçün sürpriz olub.

Toyda olan maraqlı məqamlardan biri də erməni toyunda Azərbaycan musiqisinin səslənməsi olub. Belə ki, mərasimdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasının musiqisi erməni rəqsi kimi qələmə verilib. Rəqqaslar məhz bu musiqinin sədaları altında rəqs ediblər. Onların bu rəqsi isə "milli rəqs" adlandırlıb.

Bəy və gəlin toya gəlmiş 500-dən artıq qonaq qarşısında bu musiqi altında rəqs ediblər.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti