Ohanyan Talış kəndində komandirlərə tapşırıqlar verdi

Ohanyan Talış kəndində komandirlərə tapşırıqlar verdi
  06 İyun 2016    Oxunub:3610
Ermənistanın müdafiə naziri Seyran Ohanyan yüksək hərbi rəhbərliyin müşayiəti ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər zamanı Ohanyan Magadiz – Talış kəndlərində hərbi bölüklərə baş çəkib, mühəndis-istehkam qurğularının tikintisi ilə tanış olub. O, həmçinin postlarda olan əsgərlərin şəraiti ilə maraqlanıb.

Məlumata əsasən iyunun 5-də baş tutan səfər zamanı Ohanyan təmas xəttinin müxtəlif hissələrində olub, komandirlərin hesabatlarını dinləyib və müvafiq tapşırıqlar verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti