Nazarbayevi devirmək istəyən iş adamı və generallar tutuldu

Nazarbayevi devirmək istəyən iş adamı və generallar tutuldu
  06 İyun 2016    Oxunub:3681
Qazaxıstanın Şımkənt şəhərindən olan biznesmen Toxtar Tuleçov hakimiyyəti devirməyə çalışıb.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizik Komitəsinin mətbuat xidmətinin rəhbəri Ruslan Karasev bildirib.

Məlumata əsasən Toxtar Cusipoviç Tuleşov bu ilin yanvarın 30-da Şımkəndə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, “Şimkəndpivo” pivə zavodunun rəhbəri olub.

“Tuleşov daha əvvəl hazırlıq işləri, ötən ildən etibarən isə zorakı yolla hakimiyyəti ələ keçirmək üçün konkret addımlar atıb. O, ölkənin müxtəlif zonalarında gərginlik ocaqları yaradaraq, etiraz aksiyaları və kütləvi qarşıdurmaların fonunda alternativ hökumət yaratmağı və bununla da hazırkı hakimiyyətin strukturunu dəyişməyi planlaşdırıb”, - deyə Karasev Astanada keçirilən brifinqdə bildirib.

Bundan başqa Qazaxıstan baş prokurorunun keçmiş birinci müavini, Konstitusiya Şurasının keçmiş üzvü, ikinci dərəcəli dövlət ədliyyə müşaviri İlyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş rəisi general-mayor Doskaliyev də saxlanılıb. Onlar istintaq təcridxanasına salınıb. Araşdırma davam etdirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti