Ermənistan sürətlə dağılır – Sarkisyandan acı etiraf

Ermənistan sürətlə dağılır – Sarkisyandan acı etiraf
  06 İyun 2016    Oxunub:5201
Ermənistan 2013-cü ildən Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulduqdan sonra sürətli şəkildə dağılmağa başlayıb.

AzVision.az-ın məlumatına görə, bunu erməni sosioloq Karen Sarkisyan bildirib.

“Rusiyanın yaxın 7 ildə texnoloji cəhətdən digər dövlətlərdən geri qalacağına dair araşdırma var. Biz Aİİ məkanının bazarında olduğumuz üçün inkişaf etməyəcəyik”, - deyə Sarkisyan qeyd edib.

Sosioloqların fikrincə, ölkənin vilayətlərində insanlarda hələ də Rusiya meyilli düşüncə qalsa da, Ermənistan cəmiyyətində Aİİ-yə üzvlüyün ölkəyə mənfi təsir etdiyini düşünənlərin sayı artır.

“Hakimiyyətin erməni cəmiyyətindən dəfələrlə zəif olması mesajı verilməlidir. Ermənistan 6-7 milyonluq əhalidən ibarətdir və yalnız vilayət sakinlərinin və hakim Respublikaçılar partiyasının nümayəndələrinin fikirləri nəzərə alınmaqla Ermənistanın Rusiya meyilli siyasət yürütməsini iddia etmək erməni xalqına qarşı səhv və cinayətdir”.

Karen Sarkisyan, həmçinin əlavə edib ki, Ermənistan xalqının təxminən 50 faizi Qərb standartları ilə yaşayır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti