Əsədin şəxsi mühafizəçisi öldürüldü

Əsədin şəxsi mühafizəçisi öldürüldü
  06 İyun 2016    Oxunub:3071
Suriyanın birinci xanımı Əsma Əsədin şəxsi mühafizəçisi Alya Maxlyuf Dəməşqdə terror akt nəticəsində həlak olub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən partlayıcı qurğu Maxlyufun şəxsi avtomobilinə yerləşdirilib.

Qeyd edək ki, Alya Maxlyuf Suriyada ən məşhur və varlı ələvi klanlardan birinin nümayəndəsidir. Bəşər Əsədin anasının da qızlıq soyadı Maxlyuf olub. Bu ailədən olan bir çox şəxslər Suriyada yüksək vəzifələr tutur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti