Ermənistanın Dövlət Elm Komitəsi: `Nüvə silahımız yoxdur`

Ermənistanın Dövlət Elm Komitəsi: `Nüvə silahımız yoxdur`
  06 İyun 2016    Oxunub:2239
Ermənistanın nüvə silahı yoxdur və respublika onu yaratmağı düşünmür, bundan əlavə, ölkədə nüvə fizikası üzrə mütəxəssislər var.

AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət elm komitəsinin sədri Samvel Artunyan bildirib.

“Bizim nüvə fizikası üzrə yaxşı mütəxəssislərimiz var, erməni əsilli mütəxəssislərin çoxu xaricdədir. Nüvə silahına sahib olmaq üçün külli miqdarda vəsait olmalıdır. Bundan başqa, biz nüvə silahının istehsalı ilə məşğul olmayacağımıza, dinc əməklə məşğul olacağımıza dair razılaşma imzalamışıq”, - Artunyan vurğulayıb.

Artunyan, həmçinin bildirib ki, hazırda Ermənistanda pilotsuz uçan aparatların sınağı keçirilir. “Xeyli müddətdir ki, bizdə uçan aparatlar istehsal edilir və bu istiqamətdə işlər aparılır”.

Qeyd edək ki, mayın 26-ı Ermənistanın sabiq baş naziri Qrant Baqratyan yenidən Ermənistanda nüvə silahının olduğunu bildirib. Siyasətçi əlavə edib ki, bu silah ötən əsrin 70-ci illərindən Ermənistanda var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti