Ukrayna Avropanı böyük faciədən xilas etdi

Hrıtsak bildirib ki, SBU əməkdaşlarına 2015-ci ilin dekabrında məlum olub ki, ölkəyə gəlmiş Fransa vətəndaşı Ukraynanın şərqindəki hərbçilərlə əlaqə yaradır. Fransa vətəndaşı Ukraynada silah və partlayıcı maddə alınması mümkün olan yerlərlə maraqlanıb.
Həmin kişi ölkəsinə xaricilərin kütləvi miqrasiyası və orada yaşayan müsəlmanların sayının artması barədə mənfi ruhda məlumatlar ötürüb.
SBU-nun məlumatına görə, Fransa vətəndaşı Avropa Çempionatında məscid, sinaqoq və inzibati binalarda partlayışlar törətməyi planlaşdırıbmış.
Cinayətkar sərhəddən qeyri-qanuni yolla silah-sursat keçirməyə cəhd edərkən saxlanılıb.
AzVision.az