Klinton prezidentliyin bir addımlığında

Klinton prezidentliyin bir addımlığında
  07 İyun 2016    Oxunub:2480
Hillari Klinton Demokrat partiyasından prezidentliyə namizəd olmaq üçün yetərli səs toplayıb.
AzVision.az-ın "Associated Press"-ə istinadən verdiyi məlumata görə, sabiq dövlət katibi 2383 partiya nümayəndəsinin səsini qazana bilib.

Demokrat partiyasından olan digər namizəd Berni Sandersi 1567 nümayəndə dəstəkləyib. Beləliklə, iyulun 26-28-də Filadelfiyada keçiriləcək qurultayda Hillari Klintonun namizədliyi Demokrat partiyası tərəfindən rəsmən irəli sürüləcək.

Qeyd edək ki, noyabrda keçiriləcək prezident seçkilərində partiyanın rəsmi təmsilçisi olmaq üçün demokrat namizəd partiya nümayəndələrinin 2383 səsini qazanmalı idi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti