Aktobedə 13 ekstremist öldürülüb

“Bu gün keçirilən əməliyyatlar nəticəsində 13 ekstremist öldürülüb, 7 nəfər yaralanıb. 7 cinayətkar isə axtarışdadır. Onların saxlanılması istiqamətində işlər görülür”. – deyə məlumatda bildirilib.
Xatırladaq ki, Qazaxıstanın Aktoba vilayətinin eyniadlı inzibati mərkəzi Aktoba şəhərində terrorçulara qarşı əməliyyat keçirilir. Məlumata görə, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, üçü öldürülüb, biri isə yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması istiqamətində əməliyyat aparılır.
Xəbərə əsasən, Aktoba şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub.
Eldar Tanrıverdiyev
AzVision.az