İstanbulda terror: 11 ölü, 36 yaralı (Yenilənib - VİDEO)

***
10:54
Bu gün istanbulda törədilən terror aktı nəticəsində iki nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.
Bu barədə AzVision.az “CNN Türk”-ə istinadən xəbər verir.
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
***
(10:29)
İstanbulda avtobus dayanacağının yaxınlığında terror aktı törədilib.
AzVision.az “CNN Türk”-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Terror aktı şəhərin mərkəzi rayonlarından biri hesab olunan Veznecilərdə törədilib.
Yayılan məlumatda terrorçuların hədəfinin polisləri daşıyan avtobusu partlatmaq olub.
Hadisə yerinə xilasedicilər və xüsusi həkim briqadaları cəlb olunub.
Eldar Tanrıverdiyev
AzVision.az