Ermənistanda yüksək vəzifəli məmur işdən çıxarıldı

Ermənistanda yüksək vəzifəli məmur işdən çıxarıldı
  07 İyun 2016    Oxunub:2949
Ermənistanın Mülki Aviasiyası Baş İdarəsinin rəhbəri Artyom Movsesyan tutduğu vəzifədən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb.

Movsesyan rüşvət almaqda ittiham olunur. Nəşr iddia edir ki, tezliklə bu barədə xəbər ictimaiyyətə çatdırılacaq.

Artyom Movsesyanın 12 il idi ki, bu vəzifədə çalışdığı bildirilib.

İdarənin yeni rəhbərinin iqtisadiyyat nazirinin müavini Serqey Avetisyanın olacağı iddia edilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti