“CinemaPlus” ən reytinqli filmi premyeradan üç gün əvvəl göstərdi - VİDEO

“CinemaPlus” ən reytinqli filmi premyeradan üç gün əvvəl göstərdi - VİDEO
  07 İyun 2016    Oxunub:3965
Premium kinoteatr “CinemaPlus” 28 Mall Azərbaycanda ilk dəfə olaraq Azərbaycanda son ayların ən çox gözlənilən “Yalan illuziyası 2” filminin qapalı premyera öncəsi nümayişini dünya premyerasından 3 gün öncə keçirib.
Qapalı premyerada şou biznes ulduzları, məşhur jurnalistlər və bloqqerlər iştirak edib. Filmin başlanmasından əvvəl isə qonaqlar əsl sürprizlə qarşılaşıblar. Belə ki, premyeraya dəvət olunan sehrbaz qonaqları öz fokusları ilə həm əyləndirib, həm də təəccübləndirib.

Filmin nümayişindən əvvəl “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə “CinemaPlus” fəaliyyətinin genişləndirilməsinin əsas istiqamətləri haqqında tədbirin iştirakçılarını məlumatlandırıb. Onun sözlərinə görə, ilin sonunda “Azərbaycan” kinoteatrının yerində, həmçinin “Ganjlik Mall” ticarət mərkəzində şəbəkənin yeni kinoteatrları istifadəyə veriləcək.

Cinema Distribution şirkətinin baş direktoru Faiq Kazımov bildirib ki, şirkət hər zaman azərbaycanlı tamaşaçıları dünya kino tarixində ən yaxşı premyeralar ilə sevindirəcək və xoş sürprizlər edəcək: “Ən çox gözlənilən filmlərin premyera öncəsi nümayişlərinin keçirilməsi təcrübəsi də davam etdiriləcək”.

Bundan sonra isə “Yalan İlluziyası 2” filminin nümayişi baş tutub. Filmin rejissoru Con M.Çudur. Filmdə baş rolları Deniel Redkliff, Mark Rufallo, Lizzi Kaplan, Morqan Friman, Maykl Keyn və başqaları oynayıb.

Qısa olaraq film haqqında: “Dörd atlı”, dünyanın ən yaxşı illuziyaçılar komandası yenidən toplaşıblar. Onların “magiyası” daha da müasir olub, düşmənləri isə - təhlükəli. Bu dəfə onlar öz şöhrətlərini qorumalı və qəddar texnomaqnatı ifşa etməkdir...

Con M. Çu filmin üçüncü hissəsini çəkməyi planlaşdırır.

Xatırladaq kİ, nümayişin sponsorları Su idman sarayı, kosmetika istehsalçısı Gazelli Group, "Nomination" İtaliya brendi, Almaniya mebel və aksessuar brendi olan KARE Design və AVTO FM radiosu olub.

Film rəsmi olaraq “Cinema Distribution” şirkəti tərəfindən təqdim edilib.



Qeyd edək ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib, hansı ki, Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

“CinemaPlus” 28 Mall, Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti