İstanbul metrosunda terrror təhlükəsi

İstanbul metrosunda terrror təhlükəsi
  07 İyun 2016    Oxunub:3090
Bu gün İstanbulun Vəznəcilər rayonunda törədilən terror aktlarından sonra şəhərin metro stansiyalarında təhlükəsizik tədbirləri gücəndirilib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən bütün metro stansiyalarda polis tərəfindən vətəndaşlar diqqətlə yoxlanılır. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bəzi vətəndaşların narazılığına səbəb olub. Sakinlərlə polos əməkdaşları arasında mübahisələr yaşanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib.

Terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.

Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti