Fironlar, əfsanələr, qədim sivilizasiyanın beşiyi - Misir (İkinci yazı)

Fironlar, əfsanələr, qədim sivilizasiyanın beşiyi - Misir  (İkinci yazı)
  07 İyun 2016    Oxunub:3873
Səhrada möcüzə....

Şarm Əl-Şeyx Cənubi Sinay yarımadasınının inzibati mərkəzidir. Vaxtilə kiçik balıqçılıq mərkəzi olan Şarm Əl-Şeyx hazırda hərtərəfli istirahət üçün mükəmməl bir yerdir. Qızıl qumlu çimərliklər ilin bütün fəsillərində Misirə gələn qonaqları sevindirir.

Əbəs yerə deyil ki, dünyanın ən məşhur turizm bölgələrindən olan Şarm Əl-Şeyxi görmək hər kəsin arzusudur. Səhrada yaradılmış, baxdıqca gözəlliyindən doyulmayan, bu möcüzəli şəhərdə insanın istirahəti üçün hər şey nəzərdə tutulmuşdur. Qırmızı Dəniz sahillərində yerləşən yüksək səviyyəli otellər, əyləncəli məkanlar, səhra və dəniz turları və daha nələr.

Ras-Məhəmməd qoruğu



Öz unikallığı ilə fərqlənən Ras Mohamed Misirin ən məşhur qoruqlarından biridir. Qoruq Misirin fəxri hesab olunur. Sinay yarımadasının cənubunda, Şarm Əl-Şeyxdən 25 km qərbdə yerləşir. İlk baxışda digər qoruqlar kimi yaşıl təbiəti olmayan qoruq özünün vaxtı ilə dənizlərin altında qalmış, yaşı minilliklərlə ölçülən mərcan rifləri ilə çox məşhurdur. Həmçinin nadir ağaclardan sayılan manqrov ağacları bu ərazidə çoxluq təşkil edir.
Qoruğa səyahət əsasən Şarm Əl-Şeyxə təşkil olunan ekskursiyalarla birgə həyata keçirilir.

Beləliklə, Misir səfərimiz Şarm Əl Şeyxlə yekunlaşır. Möcüzələrlə, sirlərlə dolu, bütün bu gözəlliklər bir dəfə Misirə gələn insanı bir daha ora qayıtmağa sövq edir.
Görüşmək ümidi ilə.....

Kəmalə İsgəndərova
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı
AzVision.az


Teqlər:





Xəbər lenti