İstanbuldakı terrora görə 4 nəfər tutuldu

İstanbuldakı terrora görə 4 nəfər tutuldu
  07 İyun 2016    Oxunub:2674
İstanbulda törədilən terror aktı nəticəsində ölnlərin sayı artıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən mülki şəxslərdən biri dünyasını dəyişib.

Hhadisə zamanı yaralanaraq, xəstəxanaya aparılan Əhməd Bayraqdarın həyatını xilas etmək mümkün olmayıb.

Bundan başqa terror aktını törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onların kimliyi hələlik açıqlanmır.

İcarəyə götürülmüş bir avtomobilin istifadə olunduğu terror hadisəsi zamanı bombanın uzaqdan idarə olunduğu dəqiqləşdirilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti