Putin `Türk axını` layihəsindən imtina etməyib

“Qara dənizin dibi ilə qaz ixrac marşrutlarına gəlincə, Türkiyə ilə bağlı məlum siyasi çətinliklər var. Lakin biz heç bir layihədən – nə “Cənub axını”, nə də “Türk axını” layihələrindən qəti olaraq imtina etmirik. Bizə, sadəcə olaraq, Avropa Komissiyasının aydın mövqeyi gərəkdir – aydın, anlaşılan, tam başa düşülən mövqe. Lakin, qeyd olunan layihələrin heç biri ilə bağlı bunu, hələ görmürük”, - deyə Putin bildirib.
Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabrında Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçəcək “Cənub axını” qaz borusu layihəsindən imtina etdiyini bəyan edib. “Türk axını” layihəsi isə Moskva-Ankara münasibətlərinin soyuması səbəbindən dondurulub.(APA)
Teqlər: