Türk deputatların toxunulmazlığı ləğv edildi

Türk deputatların toxunulmazlığı ləğv edildi
  08 İyun 2016    Oxunub:1917
Türkiyə Böyük Millət Məclisi deputatlarının toxunulmazlıq hüququ ləğv olunub.

AzVision.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deputatların toxunulmazlığının ləğvini nəzərdə tutan qanunu təsdiq edib.

Qeyd edək ki, qanun Türkiyə parlamenti tərəfindən may ayında qəbul olunub, 550 deputatdan 176-sı qanunun lehinə səs verib.

Xatırladaq ki, Türkiyədə prokurorluq orqanları tərəfindən, əksəriyyəti kürdyönümlü Xalqların Demokratiya Partiyası (HDP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan 138 millət vəkili barəsində cinayət işi başlanıb. Lakin deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar bu işlər üzrə istintaq apara bilmirdi. Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti