Dünyada ilk - İnsanın başı dəyişdiriləcək

Dünyada ilk - İnsanın başı dəyişdiriləcək
  08 İyun 2016    Oxunub:6315
Dünyada ilk insan başı transplantasiyası əməliyyatı gerçəkləşəcək.
AzVision.az xəbər verir ki, əməliyyat Almaniyada keçiriləcək.

Almaniya KİV-nin yaydığı xəbər verir ki , həkim əməliyyatın keçiriləcəyi dəqiq tarixi açıqlamayıb, lakin unikal transplantasiyanın Milad bayramınadək keçiriləcəyini bildirib. Donorun kimliyi hələlik açıqlanmır.
Xatırladaq ki, daha əvvəl rusiyalı proqramçı Valeri Spiridonov “Səma” adlandırılan layihədə iştirak etməyə razılığını verib.

“Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum Spiridonov müstəqil hərəkət etmək imkanından tamamilə məhrum olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti