`Onların hamısı məhv edilməlidir` - Nazarbayev üzə çıxdı

`Onların hamısı məhv edilməlidir` - Nazarbayev üzə çıxdı
  08 İyun 2016    Oxunub:3830
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Vladimir Jumakanovu qəbul edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Ölkə başçısı KTM sədri V. Jumakanavu qəbul edib”, - deyə KTM-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Görüş zamanı Nazarbayev bəyan edib ki, regionda terror aktları törədənlərin kimliyi xüsusi xidmət orqanlarına məlumdur: “Onların hər biri həbs olunmalıdır. Silahlı müqavimət zamanı onlar məhv edilməlidir. Hər kəs ən ciddi şəkildə cəzalandırılmalıdır”.

Nazarbayev məlum hadisələrdən sonra ilk dəfədir ki, bu haqda danışıb.

Xatırladaq ki, mayın 5-dən Qazaxıstanın Aktoba vilayətinin eyniadlı inzibati mərkəzi Aktoba şəhərində terrorçulara qarşı əməliyyat keçirilir.

Məlumata görə, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, üçü öldürülüb, biri isə yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması istiqamətində əməliyyat aparılır.

Xəbərə əsasən, Aktoba şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub.

Ötən gün keçirilən əməliyyatlar nəticəsində isə 13 ekstremist öldürülüb, 7 nəfər yaralanıb. 7 cinayətkar isə axtarışdadır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti