Obama Məhəmməd Əlinin dəfninə getməkdən imtina etdi

“Prezident xanımı ilə birgə Vaşinqtonda qızı Maliyanın məzun gecəsində iştirak edəcək”, - deyə Fridman qeyd edib.
Onun sözlərinə görə, Obamanın köməkçilərindən biri dəfn mərasimində prezident və birinci xanımın adından məktub oxuyacaq.
Qeyd edək ki, məşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib. Onun dəfn mərasimində ABŞ prezidenti Barak Obamanın iştirak edəcəyi bildirilirdi.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: