Fransız aktyor səhvən Azərbaycandan Ermənistana keçib - Erməni ssenarisi

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, filmdə baş rolu Patrik Çene ifa edib. “Gözlənilən şəxs” filminin süjet xəttinə əsasən aktyor Jan Pol Bolzak Azərbaycana gələrək burada Fransa təşkilatlarının birində tamaşada oynayır. Hava limanına gedən zamanı onun içərisində olduğu taksinin mühərriki xarab olur və o, yolun ortasında tək qalır.
Filmdə əks olunur ki, baş qəhrəman özü də bilmədən sərhədi keçərək Ermənistan tərifinə keçir.
Filmdə əsas hadisələr məhz bundan sonra başlayır.
Eldar Tanrıverdiyev
AzVision.az