Türkiyədə növbəti terror - 2 ölü, 20-dən çox yaralı (VİDEO)

Türkiyədə növbəti terror - 2 ölü, 20-dən çox yaralı (VİDEO)
  08 İyun 2016    Oxunub:3246
Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum zamanı 2 polis həlak olub, 20-dən çox adam yaralanıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerində terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib.

***
13:14

Türkiyənin Mardin vilayətində polis bölməsi yaxınlığında partlayış baş verib.

Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.



Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhərində növbəti dəfə terror aktı törədilib. Partlayış zamanı 11 nəfər ölüb, 36-ı isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti