`Bizi terrorla qorxuda bilməzlər` - Türkiyənin baş naziri

Baş nazir bildirib ki, terror aktı nəticəsində 1 polis, 2 mülki vətəndaş ölüb, 30 yaxını isə yaralanıb.
B.Yıldıırm vurğulayıb ki, bundan sonra da terrora qarşı mübarizə davam etdiriləcək: “Kim nə edirsə, etsin. Türk milləti və Türkiyə güclüdür. Belə terror aktları ilə nə millətimizi sarsıda bilərlər, nə də Türkiyəni terrora qarşı mübarizədən çəkindirə bilərlər. Biz bütün gücümüzlə terroru Türkiyə gündəmindən çıxarmağı hədəfləyirik”.
Elvin Abdulqədirov
AzVision.az