Azərbaycan vətəndaşının Ermənistana keçməsi təsdiqləndi

  08 İyun 2016    Oxunub : 3152
Azərbaycan vətəndaşının Ermənistana keçməsi təsdiqləndi
BQXK nümayəndələri Ermənistana keçən azərbaycanlıya baş çəkib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, bu gün təmsil etdiyi qurumun nümayəndələri iyunun 7-də beynəlxalq sərhədi keçərək Ermənistan ərazisinə daxil olan şəxsə baş çəkiblər.

İ. Hüseynova əlavə edib ki, BQXK-nin münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə, onların ailə üzvləri ilə əlaqə saxlamalarına yardımçı olma, onların saxlanma şəraitinin və onlarla rəftarı monitorinq etmək mandatı var. BQXK tərəflərin müraciəti olduqda və şəxs özü arzusunu bildirdikdə təşkilat onun geri qaytarılmasında neytralı vasitəçi ola bilər.


Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyi Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə məlumatlandırılıb.

AzVision.az

Teqlər: