İspaniyadan Azərbaycana Qarabağ dəstəyi

Xose Manuel Qarsiya-Marqayo Azərbaycanla İspaniya arasında əməkdaşlıq səviyyəsindən məmnun olduğunu bildirərək onun da salamlarını nazir Elmar Məmmədyarova çatdırmağı xahiş edib. Daha sonra ispaniyalı nazir Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyət barədə maraqlanıb. A.Məhərrəmov aprelin 2-5-də cəbhə xəttində artan gərginliyin səbəbləri haqqında məlumat verərək, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin və obyektlərinin ağır artilleriya atəşinə tutulduğunu deyib. Bununla bərabər zəhərləyici təsirə malik ağ fosfor kimi kimyəvi tərkibli mərmilərdən istifadə edildiyini vurğulayıb. Bu baxımdan Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının təhlükəli və zərərli fəaliyyətinə dair məlumat verən səfir sözügedən stansiyanın Cənubi Qafqaz regionu üçün təhlükə yaratdığını nəzərə alaraq, onun tezliklə bağlanılması üçün Azərbaycanın dəfələrlə dünya ictimaiyyətinə çağırışlar etdiyini bildirib.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son dövrlərdə baş verənlərin narahatlıq doğurduğunu bildirən nazir İspaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişilməz olduğunu, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Səfir A.Məhərrəmov İspaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə ilə bağlı reallıqları nəzərə alaraq tutduğu ədalətli mövqeyinə görə xarici işlər və əməkdaşlıq nazirinə təşəkkürünü bildirib.
Sonda səfir iyunun 26-da İspaniyada keçiriləcək növbədənkənar parlament seçkilərində uğurlar arzulayaraq, bu seçkilərdən sonra tezliklə hökumətin formalaşacağına ümidvar olduğunu bildirib. (Azərtac)
AzVision.az
Teqlər: