İsraildə silahlı hücum - 4 ölü, 8 yaralı

İsraildə silahlı hücum - 4 ölü, 8 yaralı
  09 İyun 2016    Oxunub:1887
Tel-Əvivdə baş verən silahlı hücum nəticəsində ölən və yaralanalar olub.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Tel-Əvivin mərkəzində yer alan Sarona bölgəsində baş verib.

İsrail polisinin rəsmisi Miki Rosenfeld bildirib ki, silahlı iki nəfərin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər ölüb, səkkiz nəfər yaralanıb. O, deyib ki, xəstəxanaya qaldırılaraq müalicə altına alınan yaralıların bəzilərinin vəziyyəti ağırdır. M.Rosenfeld hadisə yerində olan polislərin, təcavüzkarları nəzarət altına aldığını söyləyib.

Polis sözçüsünün açıqlamasında, həmçinin hücumu həyata keçirdiyi iddiasıyla nəzarətə alınan iki nəfərin işğal altındakı İordan çayının cənubundakı Əl Xaliq şəhərində qeydiyyatda olan eyni ailədən 20 yaşlarında iki fələstinli olduğu bildirilir.

Digər bir məlumatda hadisədən sonra İsrailin Baş naziri Binyamin Netanyahunun Nazirlər Kabinetini fövqəladə toplantısını çağıracağı söylənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti