Bakıdan İsrailə köçən şəxs terror zamanı öldü

AzVision.az “İzRus” nəşrinə istinadən xəbər verir ki, həlak olan şəxs atası Vyaçeslav və anası Ritadır. Onlar Mişiyevanın 7 yaşı olanadək Bakıda yaşayıblar. Yəhudi əsilli ailə daha sonra İsrailə köçüb.
Mişiyeva sabah saat 14:00-da Aşkelonda dəfn olunacaq.
Qeyd edək ki, Tel-Əvivin mərkəzində silahlı şəxslər yoldan keçənlərə atəş açıb. Terror aktı nəticəsində 4 nəfər həlak olub, ən azı 4 nəfər yaralanıb. Polis hücum edən şəxslərdən ikisini saxlayıb, onlardan biri xəstəxanaya yerləşdirilib.
Eldar Tanrıverdiyev
AzVision.az