Rusiya XİN Qarabağ sammiti ilə bağlı xəbəri sildi

Rusiya XİN Qarabağ sammiti ilə bağlı xəbəri sildi
  10 İyun 2016    Oxunub:2164
Rusiya XİN Qarabağ sammitinə hazırlıqla bağlı xəbəri saytından çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.

Mətnin ilkin variantında bildirilirdi: “Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın RF-dəki səfiri Jan-Moris Riper ilə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıq işlərini müzakirə edib.

Söhbət zamanı Ukraynada böhranın nizamlanması üzrə beynəlxalq səylərlə bağlı məsələlər də müzakirə edilib. Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyətə toxunulub”.

Amma mətnin korrektə olunmuş variantında sammitlə bağlı hissə yoxdur. Son variant bu cür təqdim olunub: “Söhbət zamanı Ukaynadakı böhranın beynəlxalq səylərlə həll olunması, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti