Bu gün “AVRO-2016” başlayır - VİDEO
Avropa çempionatları tarixi ərzində ilk dəfə turnirin final mərhələsi 24 komandanın iştirakı ilə keçiriləcək. Bundan əlavə, əvvəlki yarışlardan fərqli, yalnız 1 və 2-ci yerlərin sahibi deyil, 3-cü yeri tutan komandaların da növbəti mərhələyə keçmək şansı olacaq. Belə ki, 6 qrup üçüncüsündən ən yaxşı nəticəyə malik 4 komanda adını 1/8 finala yazdıracaq. Bu arada, 1/8 final həyəcanı da Avropa çempionatlarında ilk dəfə yaşanacaq.
İlk oyun günün də meydan Fransa və Ruminiya milliləri çıxacaq. Oyun Bakı vaxtilə saat 23:00-da başlayacaq.
“Avro -2016”da bu ölkələrin milli komandaları iştirak edəcək: Fransa, İslandiya, Çexiya, Türkiyə, Belçika, Uels, İspaniya, Slovakiya, Almaniya, Polşa, İngiltərə, İsveçrə, Şimali İrlandiya, Rumıniya, Avstriya, Rusiya, İtaliya, Xorvatiya, Portuqaliya, Albaniya, Macarıstan, İrlandiya, İsveç, Ukrayna.
Eldar Tanrıverdiyev
AzVision.az