Məhəmməd Əlinin məzarı üzərinə Kəbə örtüyündən bir parça qoymaq istəyən prezidentə rədd cavabı verilib. Təşkilatçılar bunu özlərinin edəcəklərini deyərək, parçanı Ərdoğandan alıblar. Təşkilatçılar bundan savayı Ərdoğan və dini işlər naziri Mehmet Görmezin Qurani-Kərimi oxumaq istəyinə etiraz ediblər.
ABŞ-da hörmətsizliklə üzləşən Ərdoğan səfərini yarımçıq qoyaraq geri qayıdıb. Bu səbəbdən Ərdoğan bu gün Məhəmməd Əlinin dəfninə qatılmayacaq.
Qeyd edək ki, cənazə namazı zamanı türkiyəli cangündənlərlə onların amerikalı həmkarları arasında qarşıdurma yaşanıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Kənan Məmmədov
AzVision.az