Türkiyədən Rusiyanı qəzəbləndirəcək açıqlama

“Suriyadakı rejim və Rusiyanın xəstəxana, məktəb, məscid və digər ictimai obyektlərə yönəlik hava əməliyyatlarını, onlarla vətəndaşın ölümünə səbəb olan hücumları şiddətlə qınayırıq”-deyə Türkiyə XİN-in bəyanatında bildirilib.
Daha sonra qeyd edilib: “Hələbin Şaer məhəlləsində fəaliyyət göstərən xəstəxana tamamilə dağıdılıb. Bunu edənlər insanlıqdan uzaqdırlar. Günahkarlar cəzasız qalmayacaq. Cinayətkarların tezliklə cəzalandırılmasını istəyirik. İnsanlıq tarixinə qara ləkə kimi düşən bu hücumlar tezliklə dayandırılmalıdır”
Aytən Zəhra
AzVision.az
Teqlər: