Başqa bir şəkildə canlı bomba küçədə gəzərkən görüntülənib. Məlum olub ki, terrorçu qadın Mardin qeydiyyatında olub. O, xüsusi təlim keçdikdən sonra İstanbula gəlibmiş.
Terror hadisəsinə görə məsuliyyəti PKK terror qruplaşmasının bir qolu olan “Kürdüstan Azadlıq Şahinləri” (TAK) təşkilatı öz üzərinə götürüb.
Qeyd edək ki, iyunun 7-də İstanbulun Veznecilər rayonunda 12 nəfərin ölümü, 35 nəfərin yaralanmasına səbəb olan terror aktı törədilib. Terror aktı zamanı bir Azərbaycan vətəndaşı xəsarət alıb.

Aytən Zəhra
AzVision.az