Kim Çen In sözünü tutmadı – Siqaretə başladı (FOTO)

Kim Çen In sözünü tutmadı – Siqaretə başladı (FOTO)
  10 İyun 2016    Oxunub:2641
Şimali Koreya lideri Kim Çen In yenidən siqaret çəkməyə başlayıb.
Bu barədə AzVision.az “CNN”-ə istinadən xəbər verir.

Onun yenidən siqaret çəkdiyini göstərən fotolarını Şimali Koreyanın dövlət televiziyası yayıb. Məlumata əsasən şəkillər Koreya diktatorunun yenicə təmirdən çıxan uşaq düşərgələrindən birinə səfəri zamanı çəkilib.

Qeyd edək ki, bu ilin mart ayında Şimali Koreya lideri Kim Çen In siqareti tərgitməsinə dair məlumatlar yayılmışdı.

Məlumatda bildirilir ki, 33 yaşlı İn siqaret alüdəçisi olub. Bunu onun əlində siqaretlə çəkilən çoxsaylı fotolar göstərir.

Bu ilin mart ayında koreyalı diktator zərərli vərdişə yox deyərək, ölkədə siqaret çəkməyə qarşı milli kampaniya başlamaq qərarına gəlib. O, ilk addımı özü ataraq, siqaret çəkməsi tərgidib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Şimali Koreyada kişilərin yarısından çoxu siqaret çəkir. Bu da Asiya qitəsində ən pis göstəricidir. İndi isə Şimali Koreya rəhbərliyi bu problemlə ciddi şəkildə məşğul olmaq niyyətindədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti