Medvedevin bu videosu rekord qırır - VİDEO

Medvedevin bu videosu rekord qırır - VİDEO
  10 İyun 2016    Oxunub:16936
Rusiyanın baş naziri Dmitri Medvedevin Krımda təqaüdçünün pensiyaların artırılması barədə istəyinə “Pul yoxdur, dayanın!” deməsini əks etdirən videogörüntülər “Youtube” şəbəkəsində böyük populyarlıq qazanıb.
AzVision.az xəbər verir ki, Medvedevin bu videosunu 3,6 milyondan çox insan izləyib.

Qeyd edək ki, mayın 23-də Krıma səfər edən Dmitri Medvedev təqaüdlərin azlığından şikayətlənən əhaliyə “Pul yoxdur, möhkəm olun” deməklə kifayətlənib. Baş nazir təqaüdlərlə bağlı problemlərin olduğunu etiraf etsə də, onun cavabı həddindən artıq konkret və qısa olub: "Pul yoxdur". Onun qısa videosu Krım sakinləri tərəfindən "Youtube"da yerləşdirilib.



Krım əhalisi ilə görüşən baş nazirə qadınlardan biri təqaüdlərin azlığından şikayətlənərək "pul o qədər azdır ki, bununla yaşamaq mümkün deyil" deyə bildirib.

"Bu təqaüdlə yaşamaq mümkün deyil. Qiymətlər dəhşətli dərəcədə bahadır. Artıq gücümüz qalmayıb. Bizə düzgün indeksləşmə hesablanmayıb. Bizi incidirlər hətta 4 % belə vermirlər. 8 min rubl (178 AZN) həddindən artıq azdır", - deyə qadın Medvedevə öz şikayətini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti