Ağalarov Kirkorovu Bakıya gətirir – VİDEO

  10 İyun 2016    Oxunub : 2906
Ağalarov Kirkorovu Bakıya gətirir – VİDEO
İyulun 9-da və 10-da müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə ifaçının sahibi olduğu “Sea Breeze” istirahət mərkəzində “Jara” adlı musiqi festivalı keçiriləcək.
AzVision.az xəbər verir ki, gecədə Rusiya şou-biznesinin ulduzları, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva, “Rast” qrupu da iştirak edəcək.

Qonaqlar arasında Rusiyanın xalq artisti Filipp Kirkorov da olacaq.

Emin bu haqda öz “İnstarqam” səhifəsində məlumat verib.

Ağalarovun sosial şəbəkədə paylaşdığı video görüntüdə Kirkorov “İsti olacaq, çünki orada mən olacağam”,- deyə bildirib.

“O, həqiqətən də olacaq və bu, möhtəşəm olacaq”, - deyə Emin ifaçının sözlərinə əlavə edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: