Hərbi helikopter qəzaya uğradı

Hərbi helikopter qəzaya uğradı
  10 İyun 2016    Oxunub:1584
Monteneqro Silahlı Qüvvələrinə məxsus helikopter Podqoritsada qəzaya uğrayıb.

AzVision.az-ın məlumatına görə, hadisə yerli vaxtla saat 13:00-da paytaxtda yerləşən Koman körpüsü yaxınlığında qeydə alınıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadalarının göndərildiyi bildirilir. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Həlak olanlar və xəsarət alanlar barədə heç bir məlumat yoxdur.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti