`Aktobedəki terroru sələfilər törədib` - Nazarbayev

Nursultan Nazarbayev bəyan edib ki, Qazaxıstanda dini azadlıqlar təmin olunub: "Eyni zamanda dini şüarlar arxasında gizlənərək, ölkədəki vəziyyəti qarışdırmaq istəyənlərə qətiyyətli cavab veriləcək".
Qazaxıstan prezidenti bildirib ki, Aktobedəki terrorçuların, demək olar ki, hamısı zərərsizləşdirilib. O, qeyd edib ki, hüquq-mühafizə orqanları terrorçuların hamısını tapacaq və onlar cəzalandırılacaq.
Nursultan Nazarbayev hökumətə terrorçuluq və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericilik təşəbbüsü paketinin hazırlanması üçün iki ay vaxt verib. (Apa)
AzVision.az
Teqlər: